📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yuxuya gedən an titrəmə hissi 2 xəstəlikdən ola bilər

2023-08-07 22:26:00

Yuxuya gedən an titrəmə hissi 2 xəstəlikdən ola bilər

Bəzən insanlarda yuxuya gedən zaman titrəmələr müşahidə olunur, sanki əl-ayaq öz-özünə atır və bu zaman insan öz hərəkətlərindən səksənib ayılır. Bu titrəmələr pataloji bir səbəblə bağlı ola bilər və həkim müayinəsi lazımdır.

Nevroloqların sözlərinə görə, bu, xoşxassəli yuxu miyoklonusu adlanan normal fizioloji bir hadisədir, lakin oxşar simptomlarla özünü göstərə biləcək bəzi patologiyalar da var.

Məsələn , epilepsiya, fokus və diffuz beyin prosesləri, metabolik pozğunluqlar, obsesif hərəkət sindromu, orqanizmdə kalsium mübadiləsinin pozulması və s. Həmçinin, insanda titrəməklə yanaşı, yuxuya gedən zaman asteniya, temperatur yüksəlməsi baş verirsə, həkimə müraciət etmək lazımdır.

Nevroloqun sözlərinə görə, yuxuya getmə zamanı titrəmə ilə yanaşı aşağıdakı dəyişikliklər də baş verərsə, müayinədən keçmək lazımdır:

-sarsıntılar daha tez-tez baş verməyə başlayarsa;

-titrəyişlər daha qabarıq, şiddətli olarsa;

-əvvəllər onları hiss etməyən bir insanda güclü titrəmələr meydana çıxarsa;

-nitq pozulması baş verərsə;

-hərəkətlə bağlı problemlər olarsa;

-yaddaş pozularsa.

 

Medicina.Az