📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zabratda güclü YANĞIN BAŞLAYIB

2026-07-21 19:06:12

Zabratda güclü YANĞIN BAŞLAYIB

Paytaxtı Sabunçu rayonunda tullantı yığılmış sahədə yanğın başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.