📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaqatalada güclü sel poçt binasını apardı

2026-07-09 10:08:08

Zaqatalada güclü sel poçt binasını apardı

Zaqatala rayonunda yağan intensiv yağışlar bir sıra ciddi fəsadlara səbəb olub.

Hurriyyet.info  xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 7-si axşam saatlarından başlayan güclü yağış iyulun 8-nə keçən gecə daha da intensivləşib. Leysan yağışları nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb, Talaçaydan güclü sel keçib. Təbii fəlakət nəticəsində evlərə, təsərrüfatlara və nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.

Selin ən ağır fəsadlarından biri isə Zaqatala şəhərində qeydə alınıb. Belə ki, güclü sel suları Zaqatala 1 saylı poçt binasını aparıb.