📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova brifinqdə Paşinyanı ələ saldı: ŞOK MÜQAYİSƏ

2026-06-04 15:48:11

Zaxarova brifinqdə Paşinyanı ələ saldı: ŞOK MÜQAYİSƏ

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində keçirdiyi brifinqdə Moskva ilə İrəvan arasındakı münasibətlərdən danışıb.

Hurriyyet.info xəbər verir ki, XİN rəsmisi Rusiya-Ermənistan münasibətlərinin mövcud konyunkturadan asılı olmadığını və Moskvanın bu əlaqələri Ermənistandakı seçki prosesləri ilə əlaqələndirmədiyini vurğulayıb.

Rəsmi nümayəndə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarına eyham vuraraq, məşhur cizgi filmi personajı poçtalyon Peçkinin sitatını xatırladıb:

"Bu, necə deyərlər, tam o misala bənzəyir: "Mən ona görə hirsli idim ki, velosipedim yox idi, indi velosipedim var, mehriban olacağam". Gülməlidir".