📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zaxarova Rusiyanın Ermənistana münasibətinin adını qoydu

2026-07-13 13:54:15

Zaxarova Rusiyanın Ermənistana münasibətinin adını qoydu

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskva ilə İrəvan arasında münasibətlərin xüsusi xarakter daşıdığını və bunun təkcə geosiyasi maraqlarla izah olunmadığını bildirib.

Hurriyyet.info  xarici agentliklərə istinadən xəbər verir ki, Zaxarova bu fikirləri bloqer Olqa Blaqoveşenskayaya müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanı yalnız suveren dövlət kimi deyil, ortaq tarix, ailə bağları, humanitar əlaqələr və insanların taleləri ilə sıx bağlı ölkə kimi qiymətləndirir.

Rusiya XİN sözçüsü əlavə edib ki, Moskva ilə İrəvanı ortaq mədəni məkan birləşdirir. O, Rusiya prezidenti Vladimir Putinin müxtəlif dövrlərdə qanlı münaqişələrin dayandırılması, Ermənistana yardım göstərilməsi və ölkənin inkişafına dəstək verilməsi istiqamətində addımlar atdığını iddia edib.