Zəlzələ bölgəsində dərslər 1 həftə dayandırıldı
2023-02-06 11:44:00
Türkiyədə zəlzələnin baş verdiyi regionlarda tədris prosesi 1 həftə müddətinə dayandırılıb.
Hurriyyet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay məlumat verib.
Bildirilib ki, müvafiq qərara əsasən, regiondakı məktəblər və digər təhsil müəssisələri bağlanıb.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.