Zəlzələ bu ölkənin üzərində KABUS KİMİ ÇÖKDÜ - Minlərlə ölən var
Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 3 min 535 nəfərə çatıb.
Hurriyyet.info xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriges son vəziyyətlə bağlı açıqlamasında məlumat verib.
Rodriges bildirib ki, təbii fəlakət nəticəsində yaralananların sayı 16 min 740 nəfərə yüksəlib. Onun sözlərinə görə, evlərini itirən sakinlərin yerləşdirilməsi üçün yaradılan müvəqqəti sığınacaq mərkəzlərinin sayı 82-yə çatdırılıb. Zərərçəkənlərə indiyədək 9 min 603 ton ərzaq yardımı çatdırılıb.
Rəsmi məlumata əsasən, zəlzələ nəticəsində 856 bina zərər görüb, onlardan 190-ı tamamilə dağılıb. Xilasetmə və bərpa işləri isə ölkənin müxtəlif bölgələrində davam etdirilir.
Qeyd edək ki, Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ ölkədə son illərin ən ağır təbii fəlakətlərindən biri hesab olunur. Rəsmilər humanitar yardımın çatdırılması və zərərçəkənlərin təhlükəsiz yerlərə köçürülməsi istiqamətində işlərin davam etdiyini bildirirlər.