📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zəlzələ cənub bölgəsində təşviş yaradıb? (VİDEO)

2023-08-23 23:14:04

Zəlzələ cənub bölgəsində təşviş yaradıb? (VİDEO)

Ötən gün axşam saatlarında Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.

Hurriyyet.Az Xəzər TV-yə istinadən xəbər verir ki, zəlzələnin baş verdiyi an müşahidə kameraları tərəfindən də qeydə alınıb.

Zəlzələ gecə saat 01.23 radələrində Masallı-Cəlilabad rayonlarında 4.9 bal gücündə olub.

Rayon Fövqəladə hallar komissiyasından bildirilib ki, Cəlilabad rayonunda baş verən zəlzələ nəticəsində dağıntı və xəsarət barədə məlumat daxil olmayıb. Həmçinin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına da hər hansı insan xəsarətilə bağlı müraciət daxil olmayıb.

Zəlzələni sakinlər də hiss ediblər. Onlar qorxuya düşdüklərini bildirib və əksər insanların sübh vaxtına qədər həyətdə qaldıqlarını söyləyiblər.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, zəlzələyə səbəb enerji boşalması olub.

Onun sözlərinə görə, əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur.