📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zəlzələ metronun fəaliyyətinə təsir edib? - AÇIQLAMA

2023-12-07 09:08:06

Zəlzələ metronun fəaliyyətinə təsir edib? - AÇIQLAMA

Paytaxt ərazisində baş vermiş zəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilir ki, qatarlar normal qrafik üzrə hərəkət edir, qurğu və avadanlıqlar işlək vəziyyətdədir:

"Bakı Metropoliteni" QSC rəhbərliyinin tapşırığına uyğun olaraq, metropoliten infrastrukturuna daxil olan bütün qurğu və avadanlıqlara, xüsusən yerüstü sahələrə, o cümlədən elektrik depolarının infrastrukturuna və yol təsərrüfatlarına növbədənkənar baxış keçirilir", - deyə açıqlamada qeyd olunur.