📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zirə"nin kapitanı Qismət Alıyev: "Torpedo" ilə oyuna tam hazırıq"

2026-07-07 19:48:53

Zirə

"Zirə" komandası UEFA Konfrans Liqasındakı oyuna hazırdır.

Hurriyyet.info - nun məlumatına görə, bunu komandanın kapitanı Qismət Alıyev mətbuat konfransında deyib.

Cinah müdafiəçisi Bakıda Gürcüstanın "Torpedo" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Bizim də kifayət qədər təcrübəmiz var. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Çətin qarşılaşma olacaq. Rəqib yaxşı kollektivdir. Daha əvvəl də isti havada oyunlarımız olub. Problem olacağını düşünmürəm. Komanda olaraq sabahkı matça hazırıq. Rəqibin heyətində hər an oyunu dəyişə biləcək futbolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq".

Xatırladaq ki, "Zirə" - "Torpedo" oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da baş tutacaq.